Rəqəmsal Turizm və Turizm Texnologiyası


Dünya sürətlə dəyişir və inkişaf edir. Bu dövrün əsas xüsusiyyəti, şübhəsiz ki, rəqəmsallaşmasıdır. Rəqəmsallaşma qaçılmaz olaraq bütün insanların həyatında mühüm yer tutur. 1712-ci ildə buxar qatarının ixtirası ilə başlayan Sənaye İnqilabından sonra, həyatımıza danışan robotlar və demək olar ki, bütün sahələrdə tətbiq olunan süni intelekt daxil olmuşdur. Hal hazırda 15 il əvvəl təsəvvür edə bilmədiyimiz bir nöqtədəyik. "BigData", "Nəsnələrin İnterneti (IoT)", "5G", "Süni intellekt", "Virtual Reallıq" kimi bir çox yeni anlayışlar həyatımıza daxil olublar. Bu anlayışlar nəinki həyatımıza daxil olub, həm də həyatımızı formalaşdırmağa başlayıb. Artıq “Big Data”-nın istifadə və qiymətləndirilməsi, müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılmasında böyük əhəmiyyət kəsb edir. Hamımız internet xidmətlərinin və mobil rabitə sistemlərinin inkişafının sürətlə getdiyinə şahid oluruq. Bu gün mobil rezervasiyalar 80% -ə çatıb, görüntülü zənglər isə 75% -i keçib. Çox sürətli bir dəyişiklik yaşayırıq. İndi klassik reklamlar dost tövsiyəsi, influencer və blogger şərhləri ilə əvəz olunub.

Turizm sektoru da rəqəmsallaşma prosesində olan bütün bu inkişafla ayaqlaşmalı, planlaşdırma, təşviq və rəqəmsal kanallarda baş verən yenilikləri izləyərək yeni strategiya bəlli etməlidir. Bu bir tələbdir. Araşdırmalar göstərir ki, rəqəmsallaşmış şirkətlər öz gəlirlərini 35% -dən çox artırır və iqtisadi inkişafa müsbət təsir göstərirlər.

Qeyd etdiyim kimi, dünya sürətlə dəyişir və bu dəyişikliyin təsiri həyatın hər sahəsində hiss olunur. Artıq hökümətlər, özəl müəssisələr və fərdlər bu dəyişikliyin bir hissəsinə çevrilib və iş modellərini bu dəyişikliyə uyğunlaşdırmağa çalışırlar. Bu gün demək olar ki, hər sahədəki biznes modelləri bazarın təlabatına uyğun olaraq dəyişir. Texnologiyalar, qloballaşma və demoqrafiya bu dəyişikliyin üç əsas səbəbi kimi görülür. Bu üç vacib amil qlobal miqyasda bugünki şirkətlərə birbaşa təsir edəcək meqa trendlərin yaranmasına səbəb olur. İnkişaf etmək və böyümək istəyən şirkətlər bu amilləri dərk edir və dəyişən nizama uyğunlaşmağa çalışırlar. Süni intellekt, robototexnika, virtual reallıq və blockchain kimi texnoloji məqamlar bir çox sektorun iş quruluşunu dəyişdirib. Klassik yollar tətbiq etməyə davam edən şirkətlər bu gün dəyişikliyin kölgəsində qalır, transformasiya imkanlarından yararlana bilmədikləri üçün rəqiblərinə qarşı rəqabətdə uduzur və bazardan uzaqlaşmağa məhkum olurlar.

Bəs rəqəmsal inqilab səyahət və turizmi necə dəyişir?

Hamımız səyahət etməyi sevirik. İnsan beyni hər zaman yeni bir şey öyrənməyə can atır və mütəmadi olaraq bizi yeni xatirələr əldə etməyə, yeni dadlar və mədəniyyətlərlə tanış olmağa təhrik edir.

Bu gün səyahətimiz ilk olaraq evdən, kompyuterimizdən və ya smartfonumuzdan başlayır. Rəqəmsallaşma səyahət etməni tamamilə dəyişib. İndi yeni yerlər kəşf etmək, əvvəlcədən sifariş etmə, tətil zamanı nə edəcəyimizi planlama və hətta tətil sonrası fikir və rəylərimizi onlayn paylaşa biləcəyimiz xeyli sayda internet platforması var. Telefon tətbiqləri, sosial media, virtual reallıq, 360 dərəcə videolar klasssik səyahətin sonunun gəldiyinin göstəriçisidir. İndi turistlər səyahətlərinin hər mərhələsini, sosial şəbəkələrdə dostlarla paylaşamağa hazırdırlar. Gözəl bir təcrübə və ya əksinə pis bir şey, bütün məlumatlar sosial şəbəkələr vasitəsilə hər kəslə paylaşılır. Rəqəmsallıq turistlərin gözləntilərinidə artırıb. Deyə bilərəm ki, klassik turizm vədişləri aktuallığını itirir və turizm sənayesinin buna ən qısa zamanda uyğunlaşması lazımdır. İnternet və texnologiya dünyasında baş verənlər təkcə turizm şirkətləri üçün deyil, həm də müştəriləri üçün məlumat əldə etməyi asanlaşdırıb. Qısa müddətdə birdən çox seçimə asanlıqla çatmaq müştərilərin markaya olana sadiqliyini azaldır.

Bu dövrdə insanlar gün boyu çox məşğuldurlar və səyahət etmək lazım olduqda onlar rəqəmsal məlumatlara daha çox üstünlük verirlər. Onlar üçün səfər yeri haqda araşdırma aparmaq və səyahətini onlayn sifariş etmək vaxtlarına qənaət edir. Səyahət məlumatlarının mövcudluğu və müxtəlifliyi insanlara istiqamətlərini, fəaliyyətlərini və digər aktivitələrini qərarlaşdırmağa kömək edir. Artıq rəqəmsallaşma artıq turizm sənayesi və səyahət edənlər üçün həyati əhəmiyyət kəsb edən səbəblərindən birinə çevrilib.

Hal-hazırki vəziyyətdə səyahət etmək istəyənlər, tur saytlarında müxtəlif istiqamətləri araşdıra, video görüntü vasitəsilə yeni yerləri görə və səslərlə tanış ola bilərlər. Onlayn mənbələrdən istifadə etməklə, həftə sonları və bir günlük turları və ya tətil turlarını planlaşdırmaq bilərlər.

Qlobal turizm şirkətəri rəqəmsallaşmanın qaçılmaz bir məsələ olduğunu vurğulayır. Araşdırmamın nəticəsi olaraq deyə bilərəm ki, hamı oyun qaydalarının artıq dəyişdiyini bilir və bundan razılıq edirlər.

Bu gün elə bir zaman yetişib ki, turizm biznesi sahibkarları rəqəmsal bir nesnəyə investisiya qoymalıdırlar. Bizneslərinin bazarda qala bilməsi və rəqabətə tab gətirməsi üçün bu qaçılmazdır.

Yeni Dövr Turizmi və ya Turizm Texnologiyası

Texnoloji inqilab nəticəsində inkişaf etmiş texnologiyaların istifadəsi turizm sektoruna böyük üstünlüklər verib. Texnoloji infrastruktur və inkişaf edən texnologiyalar tərəfindən dəstəklənən turizm strategiyaları və müştəri təcrübələri, gələcəyin turizmini ortaya qoyub. Turizm texnologiyası - turizm sənayesində internetə qoşulmuş əşyalar, genişlənmiş və virtual reallıq, süni intellekt, robototexnika, çatbox, blockchain kimi yeni texnologiyalardan istifadə etməklə, davamlı inkişaf yolu ilə əldə ediləcək səviyyənin göstəriçisidir.

Nəsnələrin İnterneti (IoT – İnternet of Things)

Nəsnələrin İnterneti – bu günlük istifadə etdiyimiz əşyaların internetə qoşulmasıdır. Bu gün bir çox cihazlar (məsələn, avtomobillər, mətbəx texnikası, geyilə bilən qurğular, sensorlar və s.) İoT ilə İnternetə qoşula bilir. İnternetə qoşulmuş cihazların ümumi sayının 2025-ci ilə qədər 22.4 milyarda çatacağı gözlənilir. IoT tətbiqetmələri, turistlərlə davamlı olaraq qarşılıqlı əlaqə yaratmağı və turizm sektorunun inkişaf etməsinə şərait yaradır.




Turizm sənayesi üçün obyektlərin IoT tətbiqetmələrinin digər üstünlükləri aşağıdakılardır:

► Vaxtında turist təcrübəsini müşahidə etmək və müştəri məmnuniyyətini artırmaq üçün əvvəlcədən tədbirlər görmək

► Yeni marketinq imkanları yaratmaq və müştəri bazasının artırmaq

► Turistlərə individual yanaşmalar və lazımı məlumatlarla təmin etmək

► Turistlərlə fərqli platformalar üzərindən daima əlaqələr yaratmaq (mobil, köşk, sensorlar və s.)

IoT turizm sənayesində qlobal miqyasda bir çox şirkətlər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Avropada Thomson Holidays və First Choice-ə aid olan TUI Group, artıq bir neçə ildir ki, Türkiyədəki tətil zonalarında yeni bir geyilə bilən cihaz sınağı etməkdədir. TUI Smartband - otaq açarı kimi istifadə edilməklə yanaşı, otaqda istilik və işıqlandırma pultu kimi istifadə oluna bilir, rəqəmsal cüzdan xüsusiyyəti ilə turistlərə kredit kartı olmadan ödəmə etmək imkanı verir.

Süni intellekt və robotlaşdırma prosesləri

Robotlaşdırma tətbiqetmələri, manual görülən və müştəri yönümlü prosesləri daha sürətli, daha qənaətli hala gətirərək, rəqəmsallaşdırma ilə avtomatlaşdırılan proqramlardır. Bu proqramlar bütün əməliyyatları, maliyyə işlərini, risk hesablanmasını və müştəri bazasının idarəedilməsi kimi manual görülən prosesləri, işçilərin iş əməyinin azaldılması, şirkətlərə müştərini önə çəkməyə və gəlir dəyərlərini artırmağa imkan verir. Önümüzdəki illərdə blokchain kimi inkişaf edən texnologiyaların istifadəsi artacaq, inqilabi texnologiyalarda liderliyin süni intellektdə olacağı gözlənilir. Süni intellekt mütəxəssislərinin 69% -i maşın öyrənməsinin (Machine Learning) 2025-ci ildə ən çox inkişaf edən innovativ texnologiya olacağını proqnozlaşdırırlar. Artıq şirkət rəhbərləri bu texnologiyaları öz iş sistemlərinə inteqrasiya etmək üçün çalışırlar. Hava yolları və otel kimi turizm sahələrində fəaliyyət göstərən şirkətlər, müştəri təcrübəsini inkişaf etdirmək üçün qabaqcıl müştəri məlumatlarından (DataBase) və süni intellektdən istifadə edirlər. Robotlaşdırma prosesinin səmərəliliyini süni intellektlə birləşdirərək, şirkətin uzunmüddətli və yüksək dəyərə çevrilməyini təmin edir.

Artıq bir neçə ildir ki, inkişaf etmiş ölkələrin turizm sektorunda müştəri ilə qarşılıqlı əlaqəni inkişaf etdirmək üçün süni intellekt və robotlaşdırma prosesi tətbiqləri istifadə olunur. Süni intellekt və robotlaşdırma proseslərinin turizm sektoruna faydaları aşağıdakı kimi sıralanır:

► Təcrübə ərzində əldə edilmiş məlumatların işlənməsi ilə fərdi xidmətin göstərilməsi

► Səsli robotlar vasitəsi ilə 24/7 müştəri xidmətinin göstərilməsi, tez-tez verilən suallar üçün müştəri xidmətləri əməyini azaltmaq

► Fərdi qiymətləndirmə və promolarla təmin etmək

► İşçilərin əməyinə qənaət etmək

► Şirkətin dəyərərinin artırılması

► Mövsümi iş çoxluğuna anında reaksiya verə bilməsi

Qlobal səyahət planlamasından başqa, turizm sənayesində müxtəlif məqsədlər üçün istifadə olunan süni intellekt və robotlaşdırma prosesi nümunələri var.


Sərhəd Robotu - Sərhəd keçidlərində turistlərin biometrik məlumatlardan tanınması, pasport məlumatlarının işlənməsinə kömək olur.


Hava limanında təhlükəsizlik robotları - Hava limanının təhlükəsizliyini təmin etmək üçün kamera ilə üz tanıma edir və axtarışda olan insaları məlumat bazası ilə yoxlayır.


Henna Hotel Tokyo Resepşn Robotu - Qəbul Robotları qeydiyyat aparılması, tez-tez verilən sualları cavablandırma və s. kimi işlər görür.


Amadeus Robot Səyahət Agentliyi - Agentliyin daxilindəki gözləmə bölgəsindəki müştərilərin səyahət gözləmələrini başa düşmək üçün təkliflər hazırlayır.

Genişlənmiş və Virtual Reallıq – VİDEO-

Virtual reallıq (VR) real dünyanı təqlid olaraq yaratmaqdır. Bu çərçivədə istifadəçini fiziki dünyadan təcrid edərək tamamilə süni bir reallıq təcrübəsi təqdim edir. Genişlənmiş reallıq (AR - Augmented Reality), real vaxtda yaradılan hissedici elementlərin fiziki dünya ilə qarşılıqlı təsirinin nəticəsidir.



Genişlənmiş reallıq və virtual reallıq tətbiqetmələri turizm sənayesində müxtəlif maraqlı tərəfləri var

► Destinasiyaların, tarixi və turistik yerlərin, otellərin tanıtımı və marketinqi

► Turistik məhsulların tanıtımı və marketinqi

► Tur satışların həyata keçirilməsi

► Tur boyunca məlumat vermək və fəaliyyətləri asanlaşdırmaq üçün istifadə olunur.

Thomas Cook agentliyində - (Try Before You Fly) Uçmazdan əvvəl yoxla - tətil ruhunu müştərilərinə çatdırmaq üçün şirkət, böyük ticarət mərkəzlərindən, izdihamlı şəhər mərkəzinə və ya rahat bir tətil yerinə keçid edən virtual reallıq tətbiqetməsindən istifadə edir. Bu tətbiqetmədən sonra agentliyin satışı 80% artırıb.



4D Təcrübəsi - Marriot Otelləri

Marriot otelləri teleporter proqramı və 4D sensor təcrübəsi ilə bütün dünyada olan otel qonaqlarına məhsul və xidmətləri haqd məlumatlar verir. Bundan əlavə, Marriot otelləri müştərilərinə virtual reallıq eynəyi ilə Vroom xidməti təklif edir.




Virgin Reality - Virgin Holiday (Virgin Bayramları ) agentliyi müştərilərə turlar almadan əvvəl turlarını yaşamağa imkan verən virtual reallıq tətbiqetməsini təqdim edir. Tətilin real həyatda nəcə görünəcəyini, hətta həssaslıq hissi yaratmaq üçün tətil olunacaq yerin səsini qeyd edərək, onu virtual reallıq eynəkləri vastəsil ilə müştərlərinə təqdim edir. Yəni eynəyi və qulaçığı taxaraq sən artıq səyahət edəcəyin yerin bütün reayallığını görür və hiss edirsən.



Sinqapur Milli Muzeyi binanın tarixini izah etmək üçün genişlənmiş reallıq tətbiqetməsindən istifadə edir.

Dağıdılmış tikililərin ilkin variantını görmək



Və sonda: ənənəvi marketinq yolları yoxsa hər şey rəqəmsal olmalıdırmı? Bütün bunların dəyəri nə qədər olacaq?

Bolqarıstanın turizm naziri Nikolina Angelkova deyir ki, “Rəqəmsallıq bahalı deyil, sadəcə bu məni təəccübləndirir. Rəqəmsal reklamlar, ənənəvi televiziya reklamları ilə müqayisədə daha ucuzdur. Əlbətdə ki, reklamda hər ikisinin ortaq bir şəkildə birləşməsi, nəticələrin ən qazanclı yolu olduğuna inanıram. "

Düzdür tətilimizi rəqəmsal olaraq nəzərdən keçirmək, planlamaq və xərclik yığmaq heç də hər şey demək deyil. Heç bir 360 dərəcəlik video və ya VR, AR kimi tətbiqetmələr dayvinqin, Maldiv, Bali, Havai adalarındakı isti qum üzərində gəzişi, Hollandiyada ənənə olan gül yığma festivalını əvəz edə bilməz.

Rəqəmsallaşdırma turizm dünyasına bir çox yeni üfüqlər gətirdi. Və bəzən gözəl hekayələrin yazılmasında vasitəçilik edir.



Просмотров: 52Комментариев: 0

Недавние посты

Смотреть все

BigData nədir?