Antalya – Bodrum – Batumi yoxsa Nabran


Rebrendinq olunmuş yeni yay kurort destinasiyasının yaradılması

Son illər Azərbaycandan Gürcüstana və Türkiyəyə səfər edən turistlərin sayı rekord həddə çatıb. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, keçən ilin (2019) ikinci rübündə Azərbaycandan qonşu ölkəyə 436 min 347 səyahətçi daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin ümumi sayında azərbaycanlılar 19 faiz təşkil edib. Türkiyə Turizm Nazirliyinin 2019 ilin 10 aylıq hesabatına əsasən Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 780 min 107 olub ki, bu da ötən illərə nisbətən 4.90 faiz artım deməkdir. Azərbaycana gələn turist sayı isə hər il artmaqda davam edir. Turizm Burosu rəsmisinin açıqlamasına görə ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb. Bu rəqəmlər hər il artmaqda davam edəcək. Bəs turistlərin loyallığı hansı durumdadır? Destinasiya kimi götürülən Bakı, Qəbələ, Şəki və Quba, Qusar hal-hazırda ən çox xarici turistlər tərəfindən səfər olunan yerlədir. Gələn il üçün Lənkəran və Gəncə kimi şəhərlərimizin yeni turizm destianasiyasına çeviriləcəyi planlaşdırılır. Təqdirə layiqdir. Amma turistlərin səyahət etmə amillərini nəzərə alsaq, ölkəmizə səyahət edənlərin çoxu yay aylarına təsadüf edir. Dünya da turizmdən ən çox gəlir əldə edən ölkələr kurort şəhəhərləri olan ölkələrdir.

Hazırda Batumi və Türkiyənin bir çox şəhərləri dənizkənarı kurort şəhərinin mükəmməl nümunəsidir. Amma Qafqazda, eləcə də, Azərbaycanda təbiət baxımından Batumi, Antalya, Bodrum ilə rəqabətə girəcək yerlərimiz var! Götürək elə Azərbaycanın şimal zonasını, Nabranı və ya cənub zonasında Lənkəranı. Mənzərəli dağlar, relikt meşələrlə dəniz sahilinin qonşuluğu bu əraziləri Azərbaycanın turizm cənnətinə çevirməyə imkan verir. Dənizi də, meşəsi də, təmiz havası da kurort zona üçün əla şərait yaradır. Hələ araşdırsaq, havası Batuminin rütubətli havasından daha yaxşıdır, dənizi də daşlıq deyil, çimərlik üçün idealdır. Amma nəyə görə biz tursitləri ora cəlb etmirik və ya özümüz orada istirahət etmək əvəzinə başqa ölkələrə üz tuturuq?!

Regionun turist-rekreasiya imkanlarının qiymətləndirilməsində aşağıdakı əsas kriteriyalardan istifadə olunur

• təbii iqlim cazibəsi

• saf ətraf muhitin olması

• asudə vaxtın təşkili üçün sosial infrastrukturun inkişaf səviyyəsi

• otellərin keyfiyyət standartları

• qida və xidmət standartlarının təşkili

• operativ nəqliyyat və rabitə

• şəxsi təhlükəsizliyin təmini və regionun stabilliyi

• beynəlxalq prestij və məhşurluq

• mədəni-tarixi atmosfer

Xırda bir araşdırma ilə Nabranın yuxarıda qeyd olunan kriteriyalarla qonşu ölkələrdən nə ilə fərqləndiyinə nəzər salaq.

Azərbaycanda rekreasiya yükü meşə, meşə-çöl, dəniz sahili ərazilər üçün daha çox mənimsənilmişdir. Turizm baxımından daha çox istifadə olunan bölgələrdə əsasən meşələrə, iqlim komfortluğuna, dəniz sahili mövqe və digər təbii amillərə daha çox üstünlük verilir. Xaçmazda 60-dan cox tarix və mədəniyyət abidəsi qorunub saxlanılır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollabürhanlı, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Nabran istirahət zonasında mineral və soyuq bulaqlar təbii rekreasiya ehtiyatı olmaqla kurort təsərrüfatının inkişafı üçün çox əhəmiyyətlidir. Qeyd edək ki, Quba-Xaçmaz bölgəsində mövcud olan mineral su ehtiyatının potensial imkanlarından hələ tam istifadə edilmir.

Ölkədə turizm baxımından yay aylarında yüklənmə Xəzər sahillərində, alçaq dağlıq ərazilər və meşə landşaftı üstünlük təşkil edir. Belə ki, Xəzərin Nabran-Yalama, Abşeronun şimalı ənənəvi turizm-istirahət mərkəzləri olduqlarına görə rekreasiya yükü çoxdur. Turizm yükü qeyd olunan ərazidə ekoloji tarazlığın pozulmasına, meşə örtüyünün azalmasına səbəb olur. Onu da qeyd edək ki, Nabran-Yalama bölgəsində mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin olmaması, məişət tullantılarının təkrar emalının aparılmaması ətraf mühitə daha çox ziyan vurur. Burada məişət tullantıları meşənin müəyyən yerlərində basdırılır, kanalizasiyalar yeraltı suları çirkləndirir, çaylar və dənizə axdılır. Buda öz növbəsində regionda daxili və xarici turizm inkişafına mane olur. Bölgənin müasir infrastruktur imkanları onun beynəlxalq turizm mərkəzinə çevrilməsinə şübhə yaratmır. Amma hələ ki, ora yetərincə maraq dairəsində deyil.

Turizm zonasını məşhur edən ucuz və ortabab otellərin olmasıdır. Bütün dünyada turistlər ulduzu az, qiyməti aşağı büdcəyə münasib olan gecələmək yerləri axtarırlar. Bu cəhətdən Nabranda olan otellər qonşu ölkələrin kurort zonalarında yerləşən otelləri qiymət baxımdan üstələyir. Hətta az büdcə ilə səyahət edən, hostellərdə gecələmək istəyən tursitlər üçün hostel tapma cətindir. Nəzərə alsaq ki, Nabran turizm infrastrukturu baxımından Batumidən və digər qonşu ölkələrin kurort şəhərlərindən çox-çox geridə qalır. Nəticədə, ailə büdcəsinin təxminən üçdə birini xərcləməklə Gürcüstanın Qara dəniz sahillərində bir həftə istirahət edə bilər.

Nabranda asudə vaxtın səmərəli keçirilməsi üçün heç br infrastruktur yoxdur demək olar ki. Bir neçə oteldə fəaliyyət gostərən akvapark xaric. Halbuki Nabranda delfinari, gəmi turları, atraksionlarla zəngin park uşaqlarla istirahət edənlər üçün unudulmaz tətil ləzzəti yaşada bilər. Bundan əlavə Nabran Xəzər dənizin şimal hissəsinə düşdüyünə görə ilin müəyyən vaxtları hündür dalğalar olur bu da öz növbəsində, su idman növləri ilə məşğul olmaq istəyənlə üçün uğurlu şərait yaradır. Jet Skiing, Kite boating, kiyesurfing, kneebording, Paddleboarding, Parasailing, Skimboarding, Wakeboarding surfing, Windsurfing və s. bunlara misal ola bilər.

Nabranın turizm infrastrukturunu yaxşıladırmaq qarşıda gələn 5 il ərzində oranı regionun ən tanınmış və səviyyəli turistik kurort zonasına çevirmək olar. Bunun üçün dövlət dəstəyi, yerli və xarici investorların ora cəlb olunması vacibdir. Nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi turizm əlaqələrinin də genişlənməsi deməkdir. Bu məqsədlə dəniz nəqliyyatının mühüm əhəmiyyəti var. Nabranda liman açılsa Xəzər yanı ölkələrin hər birindən ora turist axını ola bilər. SDK gömürük keçid məntəqəsindən Nabran-Yalama istiqamətinə bir-başa avtomaqistral yol çəkilsə Rusiaydan gələn turistlərin axını çoxalar.

Azərbaycanda Nabran istirahət zonasında yerləşən ayrı-ayrı turizm obyektləri mədəni inteqrasiyasının ardıcıl olaraq həyata keçirilməsində böyük əhəmiyyətə malikdir. Burada təşkil olucaq mədənikütləvi tədbirlər müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir-biri ilə mədəni ünsiyyətə girməsinə geniş şərait yaradacaq. Qeyd olunan vasitələrlə insanların mədəni əlaqələri genişlənir, yaranan şəxsi münasibətlər zəminində humanizm ideyaları geniş təşəkkül tapır. Müxtəlif ağaclar, xırda çaylar ilə zəngin olan Yalama meşələri isə əsl istirahət zonasına çevirmək olar. Burada həmçinin müxtəlif idman yarışları keçirmək, mədəni asudə vaxtın təşkilinin ayrı-ayrı formalarından istifadə etmək olar. Sosial-mədəni xarakter daşıyan turist fəaliyyəti əslində ayrı-ayrı millətlər və xalqlar arasındakı inteqrasiya prosesinin genişlənməsinə xidmət edəcək. Digər tərəfdən Yalama bölgəsinin turizm obyektinə çevrilməsi bütün regionun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Bu proseslərdə həmçinin, yerli əhalinin xidmətlərindən geniş istifadə oluna bilər. Belə ki, ərzaq, meyvə-tərəvəz və bir sıra məhsullar yerli istehsalçılardan alınar və regionun rifahı da artar.

Qısa zamanda Nabran-Yalama bölgəsini Batumi, Antaliya, Bodrumdan da gözəl istirahət zonasına çevirmək mümkündür. Bunun üçün düzgün turizm strategiyası, turizm marketinqi qurmaq və yuxarıda sadalana problemli amilləri aradan qaldırmaq lazımdır. Hamımız yaxşı bilirik ki, bölgələrdə turizm inkişafı sosial vəziyyətin qalxamsına nə qədər böyük dəstək olur.

Просмотров: 42Комментариев: 0

Недавние посты

Смотреть все

BigData nədir?